• Bakı C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Uşaqlar piylənmənin yaranma səbəbləri - AÇIQLANDI

CƏMİYYƏT

04 Mart 2026 | 15:14

Uşaqlar piylənmənin yaranma səbəbləri - AÇIQLANDI

Uşaqlarda piylənmənin yaranma səbəbləri erkən yaşdan başlayır və valideyn nəzarətinin vacibliyini göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin canlı yayımında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, uşağın çəkisi doğulduğu andan etibarən izlənilməlidir.

“Hər ay uşağın çəkisinin normal artımını qiymətləndiririk. Amma çox vaxt analar uşağın çəkisinə diqqət etmirlər. Doğulduqdan sonra çəkini izləmək həm uşağın inkişafını, həm də gələcək piylənmə riskini müəyyənləşdirir”, - mütəxəssis qeyd edib.

Azad Əkbərzadə vurğulayıb ki, araşdırmalar göstərir ki, 6 ayına qədər ana südü ilə qidalanmış uşaqlar gələcəkdə piylənmə probleminə daha az meyillidirlər.

“Lakin cəmiyyətdə çox vaxt düşünülür ki, uşaq nə qədər çox yeyirsə, o qədər sağlam olacaq. Bu yanlışdır. 6 aydan sonra tamamlayıcı qidalar verilsə də, məcburi yedirmə hallarından qaçmaq lazımdır”, - deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, Azərbaycanda və dünyada uşaqlar üçün bədən çəkisi normativləri mövcuddur.

“Uşağın çəkisinin vaxtında izlənməsi və artıq çəkinin erkən müəyyənləşdirilməsi piylənmənin qarşısını almağın əsas yoludur. Ən çox səbəb isə həyat tərzinin sərt idarə olunmamasıdır”, -  Azad Əkbərzadə bildirib.

Zeynəb RzayevaUşa


SON XƏBƏRLƏR