UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılır.
Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycanın avrokuboklardakı təmsilçisi "Neftçi"nin də potensial rəqibi bilinib.
"Ağ-qaralar" Avropa Liqasının III raundunda Finlandiya HİK-ini keçə bilməsə, Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk matçı evdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19 və 26-da keçiriləcək.
















