• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Konfransın bu gün keçirilməsi təsadüfü deyil"- Spiker

CƏMİYYƏT

07 Dekabr 2024 | 10:42

Konfransın bu gün keçirilməsi təsadüfü deyil- Spiker

“Konfransımızın mövzusu olduqca aktualdır və hamımızla birbaşa əlaqəlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, ölkələrin siyasi həyatında parlamentlərin oynadığı rol  danılmazdır və onlar qanunvericilik funksiyasını yerinə yetirirlər.

S.Qafarova qeyd edib ki, bu günki konfrans parlamentlərin rolunun daha da gücləndirilməsi, əməkdaşlıq və birgə fəaliyyətin daha da genişləndirilməsi məsələlərinə həsr olunub. 

“İnanıram ki, konfrans çərçivəsində aparacağımız müzakirələr bu baxımdan faydalı olacaq. Parlamentlərimizin bu gün ki, fəaliyyətinə ölkələrimizdə uzun illər formalaşmış parlamentarizm ənənələri və təcrübələrinin təsiri olduqca böyükdür”.

Konfransın bu gün keçirilməsi heç də təsadüfü olmadığını deyən, sədr bildirib ki, Azərbaycan parlamentinin ilk iclası 106 il öncə məhz dekabrın 7-də keçirilib.

“Bütün müsəlman şərqində mütərəqqi, demokratik prinsiplər əsasında formalaşdırılmış ilk qanunvericilik orqanı olan Azərbaycan parlamenti öz fəaliyyəti dövründə millo dövlətçilik və müstəqilliyin möhkəndirilməsi və siyəsi, elmi və digər sahələrdə hüquqi bazasının yaradılması istiqamətində  mühüm addımlar atıb”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025