• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Koroğlu” operası yeni quruluşda səhnələşdiriləcək

MƏDƏNİYYƏT

26 Sentyabr 2025 | 10:14 | Müəllif: Qalib İbrahimoğlu

“Koroğlu” operası yeni quruluşda səhnələşdiriləcək

"Prezidentin sərəncamına uyğun olaraq Üzeyir Hacıbəylinin yubileyi ilə bağlı bir sıra vacib tədbirlər həyata keçirilir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Murad Hüseynov "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" Beynəlxalq Forumundakı nitqi zamanı bildirib.

Nazir müavini qeyd edib ki, “Leyli və Məcnun” operası yeni quruluşla tamaşaya qoyulub, həmçinin kitab təqdimatları təşkil edilib.

"Bu gün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (Konservatoriya) tələbələri Qarabağda keçirilən tədbirlərdə çıxış edirlər",- o, əlavə edib.

M.Hüseynov diqqətə çatdırıb ki, sentyabrın 28-də “Koroğlu” operasının yeni quruluşda səhnələşdirilməsi planlaşdırılır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026