• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Koroğlu” stansiyasında sərnişinin qolu qapı arasında qalıb? - AÇIQLAMA

HADİSƏ

10 Iyun 2022 | 09:58

“Koroğlu” stansiyasında sərnişinin qolu qapı arasında qalıb? - AÇIQLAMA

Bu gün səhər saatlarında metroda sərnişinlərdən birinin qolu vaqonun qapıları arasında qalıb. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasında baş verib.

İlkin məlumata görə, sərnişinlər arasında xəsarət alan olmasa da, qatarların intervalında gecikmə yaranıb. (oxu.az)

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Koroğlu” stansiyasında baş verən hadisəyə aydınlıq gətirib. Qurum rəsmisi redaksiyamıza açıqlamasında bildirib ki, sərnişinin qolu deyil, çantası qapı arasında qalıb:

“Sərnişinin ayağının, qolunun qapı arasında qalması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Sərnişinlər maşinistə məlumat verdikdən sonra qapılar açılıb və çanta oradan çıxarılıb. Onu da qeyd edim ki, bu gün “Koroğlu” stansiyasında sərnişin sıxlığı yaşanır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026