• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Kosovodakı iğtişaşlarda 50-dən çox insan yaralandı - VİDEO

DÜNYA

29 May 2023 | 23:25

Kosovodakı iğtişaşlarda 50-dən çox insan yaralandı - VİDEO

Kosovonun şimalında və Metohiyada baş verən qarşıdurmalarda 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə "Veçerne Novosti" qəzeti məlumat yayıb. 

Bununla yanaşı, Serbiyanın "Tanjuq" xəbər agentliyinin jurnalisti Kosovonun Zvecan bələdiyyəsində serb etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşma zamanı yaralanıb.

Agentliyin məlumatına görə, iğtişaşlar Zveçanda bələdiyyə binası yaxınlığında minlərlə insanın iştirak etdiyi etiraz aksiyası zamanı başlayıb. NATO-nun Kosovodakı missiyasının nümayəndələri nümayişçilərə qarşı dəyənəklərdən, səs-küylü qumbaraatanlardan və gözyaşardıcı qazdan, Kosovo polisinin xüsusi bölmələri isə odlu silahdan istifadə edib. Buna cavab olaraq etirazçılar təhlükəsizlik qüvvələrinə daş və ağır əşyalar atmağa başlayıblar.


SON XƏBƏRLƏR

25 Aprel 2024