• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Krasnoyarskda fövqəladə vəziyyət elan edilib

DÜNYA

07 May 2022 | 18:28 | Müəllif: Subhan Mahmudov

Krasnoyarskda fövqəladə vəziyyət elan edilib

Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə diyarın Meşə Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd olunur ki, güclü küləklər meşə yanğınlarının sürətlə yayılmasına yol açır.

Bəzi yerlərdə küləyin sürəti saniyədə 40 metrədək çatır. Bir neçə yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.

Hazırda meşə yanğınları Krasnoyarsk diyarının bir neçə rayonunda, ümumilikdə 5 min kvadrat metr ərazidə davam edir.

Son məlumatlara əsasən, Nikolsk yaşayış məntəqəsində iki nəfər yanğınlar nəticəsində həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026