• Bakı C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Kredit götürən və ödəyə bilməyən müştərilər ən çox hansı rayonlardadır?

İQTİSADİYYAT

02 Dekabr 2024 | 15:08

Kredit götürən və ödəyə bilməyən müştərilər ən çox hansı rayonlardadır?

Bu ilin 1 noyabr tarixinə olan məlumata əsasən, Azərbaycan banklarının milli valyutada verilmiş cəmi kredit portfeli 22,5 milyard manat təşkil edib. 

Bakıvaxtı.az Mərkəzi Banka istinadən xəbər verir ki, ən çox kredit  Bakı şəhərində verilib. Paytaxtda milli valyutada verilmiş kreditlərin ümumi məbləği 16,4 milyard manat təşkil edir. Böyük şəhər və iqtisadi mərkəz olaraq Bakı həm əhali sayı, həm də müxtəlif iqtisadi fəaliyyət sahələrinin inkişafı ilə diqqət çəkir.

İkinci yerdə olan Sumqayıt şəhərində milli valyutada verilmiş kreditlərin ümumi məbləği 698,9 milyon manat təşkil edib.

Gəncə şəhəri də milli valyutada verilmiş kreditlər üzrə yüksək məbləğə malikdir. Bu şəhərdə verilmiş kreditlərin həcmi 635,5 milyon manat təşkil edir.

Naxçıvan şəhəri isə 362,7 milyon manatla 4-cü sırada yer alır.

Abşeron rayonu 262 milyon manatla 5-ci, Lənkəran 261,6 milyon manatla 6-cı, Bərdə rayonu 234 milyon manatla 7-ci sırada yer alır.

Mingəçevir şəhəri 187,6 milyon manatla 8-ci, Xaçmaz rayonu isə 175,6 milyon manatla 9-cu sırada yerləşir. İlk onluğun sonuncu pilləsini Şəmkir rayonu 169,2 milyon manatla tutur. Bu da rayonun iqtisadi inkişafını, xüsusən də kənd təsərrüfatı sahəsindəki artımı əks etdirir.

Milli valyutada kredit verilən ən az bölgə isə Xankəndi şəhəridir. Bu şəhərdə verilmiş kreditlər cəmi 600 min manat təşkil edir.

2024-cü ilin noyabrın 1-nə Azərbaycanda problemli kreditlər 425 milyon manat təşkil edib.

Ölkə üzrə problemli kreditlərin də əksər hissəsi – 325 milyon manatı Bakı şəhərinin payına düşür.

Digər şəhər və rayonlarda problemli kreditlərin həcmi:

  1. Sumqayıt şəhəri: 14 milyon manat
  2. Gəncə şəhəri: 11,5 milyon manat
  3. Zaqatala rayonu: 7,3 milyon manat
  4. Abşeron rayonu: 4,5 milyon manat
  5. Şəmkir rayonu: 4,4 milyon manat
  6. Naxçıvan şəhəri: 4,4 milyon manat
  7. Yevlax rayonu: 4 milyon manat
  8. Bərdə rayonu: 3,1 milyon manat
  9. Neftçala rayonu: 3 milyon manat
  10. Xaçmaz rayonu: 2,9 milyon manat
  11. Quba rayonu: 2,8 milyon manat
  12. Tovuz rayonu: 2,8 milyon manat
  13. Lənkəran rayonu: 2,7 milyon manat
  14. Salyan rayonu: 2,7 milyon manat
  15. Şirvan şəhəri: 2,3 milyon manat
  16. Mingəçevir şəhəri: 2.0 milyon manat
  17. Cəlilabad rayonu: 1.9 milyon manat
  18. Şəki rayonu: 1.8 milyon manat
  19. Qazax rayonu: 1.3 milyon manat
  20. Şabran rayonu: 1.3 milyon manat

Digər şəhər və rayonlar:

  • İmişli, Ağcabədi, Göyçay və Masallı rayonları: hər biri 0,9 milyon manat hər biri
  • İsmayıllı, Kürdəmir, Ağdaş, Saatlı, Ağstafa və Sabirabad rayonları: hər biri 0,8 milyon manat (hər biri)
  • Qəbələ, Qusar, Goranboy rayonları: hər biri 0,7 milyon manat
  • Şamaxı, Tərtər rayonları: hər biri 0,6 milyon manat
  • Biləsuvar, Siyəzən, Göygöl rayonları: hər biri 0,5 milyon manat
  • Beyləqan, Hacıqabul, Ucar, Gədəbəy rayonları: hər biri 0,4 milyon manat
  • Ağsu, Zərdab, Culfa, Samux rayonları: hər biri 0,3 milyon manat
  • Füzuli, Astara, Balakən, Qax, Kəngərli rayonları: hər biri 0,2 milyon manat
  • Qobustan, Ağdam, Daşkəsən rayonları: hər biri 0,2 milyon manat
  • Lerik, Yardımlı, Oğuz, Şərur, Naftalan şəhəri: hər biri 0,1 milyon manat

SON XƏBƏRLƏR