• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Krımı və Donbası Rusiyaya vermək… - Zelenski

DÜNYA

22 Noyabr 2023 | 22:32 | Müəllif: Subhan Mahmudov

Krımı və Donbası Rusiyaya vermək… - Zelenski

Ukrayna Krımı və Donbası Rusiyaya verməyə razı olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Foks Nyus”a (Fox News) müsahibəsində deyib.

O bildirib ki, Kiyev Donbas və Krımı Rusiyaya verərsə, döyüşləri dayandırmaq olar, lakin Ukrayna bununla razılaşmayacaq. Çünki bu, sülh planı deyil.

Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşməyə və onun sülh planını müzakirə etməyə hazır olduğunu da vurğulayıb:

“Gəlin Trampla danışaq və ona sülh qərarında hansı addımların olduğunu göstərmək imkanı verək. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər. Mən onunla görüşməyə hazıram”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026