• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kriminal aləmdə "bir nömrəli qanuni oğru” - Şişkana bu cəza verildi

DÜNYA

10 Iyun 2024 | 19:51 | Müəllif: Subhan Mahmudov

Kriminal aləmdə "bir nömrəli qanuni oğru” - Şişkana bu cəza verildi

Rusiya Hərbi Məhkəmə "Şişkan" kimi tanınan "qanuni oğru" Oleq Medvedevi (Şişkanov) ömürlük həbs cəzasına məhkum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Proses Moskva Şəhər Məhkəməsinin ən böyük salonlarından birində fərqli formatda keçirilib. Şişkan cəzasını xüsusi rejimli koloniyada çəkəcək. Bundan əlavə, ona beş milyon rubl cərimə cəzası da verilib.

Xatırladaq ki, məhkum 2019-cu il iyulun 15-də saxlanılıb. O, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda, habelə Ramenskinin deputatı Tatyana Sidorovanın və onun ailəsinin üç üzvünün oğurlanmasında və qətlində iştirakda ittiham olunurdu.

Qeyd edək ki, 16 may 2024-cü ildə məhkəmə Medvedevi bütün ittihamlar üzrə təqsirli bilib. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçevanın sözlərinə görə, kriminal aləmdə bu adamı "bir nömrəli qanuni oğru" adlandırırlar./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026