• Bakı 21° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Kürdə batan ata və qızının axtarışları davam edir

HADİSƏ

16 Aprel 2024 | 15:55

Kürdə batan ata və qızının axtarışları davam edir

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə Nazirliyin Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən intensiv şəkildə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

    Əlavə məlumat veriləcək.


    SON XƏBƏRLƏR

    29 Aprel 2024