Türkiyənin doqquz vilayətində beş müxtəlif cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
Bildirilib ki, “Kuyu-40” əməliyyatı nəticəsində 130 nəfər saxlanılıb, onlardan 99-u həbs olunub.
Əməliyyatlar nəticəsində həmçinin 40 sənədsiz tapança, 23 sənədsiz ov tüfəngi, çoxlu sənəd aşkarlanıb.