• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Laçın dəhlizi nə vaxt açılır? - Paşinyan cavabladı

SİYASƏT

16 Dekabr 2022 | 10:21

Laçın dəhlizi nə vaxt açılır? - Paşinyan cavabladı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə qapalı görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Armlur.am” portalı yayıb.

Görüş zamanı Laçın dəhlizinin bağlanması məsələsinin müzakirə olunduğu bildirilir.

Məlumata görə, müzakirələr qızğın keçsə də, Paşinyan deputatların dəhlizin nə zaman açılacağına dair suallarına cavab verə bilməyib.

Ermənistan hökumətinin rəhbəri qeyd edib ki, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla təmasda olsa da, onlardan heç biri dəhlizin açılmasına zəmanət vermir.

Bununla yanaşı, Paşinyan Rusiyanın bu məsələdə vasitəçiliyinə dair də konkret fikir bildirməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026