• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Laçında kütləvi sayda mina aşkar edildi - VİDEO

CƏMİYYƏT

05 Avqust 2024 | 23:13 | Müəllif: Subhan Mahmudov

Laçında kütləvi sayda mina aşkar edildi - VİDEO

Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib.

Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026