• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Lalə görünüşü ilə öyündü: “Çox qəşəngəm”

MƏDƏNİYYƏT

12 Fevral 2024 | 09:16

Lalə görünüşü ilə öyündü: “Çox qəşəngəm”

"Özümdən soruşanda ki, "Salam, Lalə, necəsən?" Cavab verirəm ki, "Çox qəşəngəm".

Bakıvaxtı.azxəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova etdirdiyi əməliyyatlardan danışarkən deyib.

Sənətçi estetik əməliyyatlardan sonra özgüvəninin daha da artdığını bildirib:

“Vizajistim Elnur Həsənovla öz aramızda söhbətləşəndə, 3-4 il bundan əvvəl gördüyümüz hansısa iş qabağımıza çıxır. Düşünürəm ki, biz bunu gözəl iş hesab edirdik. Əslində, o dövr üçün bizim etdiyimiz gözəl sayılırdı. Məncə, bu günə gəlmək üçün mən mərhələ-mərhələ onları keçməli idim. Uğurlu da, uğursuz da olmalı idi”.

Əməkdar artist bunu təkcə sənətinə deyil, imicinə də aid edir:

“Hazırkı vəziyyətimdə, görkəm olaraq hər bir baxımdan 15 il əvvəl mən bunu bu cür hiss etməyəcəkdim. Mənə rahatlıq verən əsas məqam isə budur ki, bugünkü gün nə görkəmdəyəmsə, o mənim daxilimi ifadə edə bilir".

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR