• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ölümündən 5 ay sonra vəsiyyəti açıqlandı

MƏDƏNİYYƏT

12 Mart 2024 | 11:31

Ölümündən 5 ay sonra vəsiyyəti açıqlandı

Məşhur aktyor Metyu Perrininölümündən 5 ay sonra vəsiyyəti açıqlanıb.

Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, sənədlərə görə, Perridən geriyə zinət əşyaları, mebel, sənət əsərləri və avtomobillər də daxil olmaqla 1 milyon 30 min dollar dəyərində şəxsi əmlak qalıb.

Aktyorun 2009-cu ildə hazırladığı vəsiyyətnamədə onun mülkündən pay alacaq şəxslərə valideynləri Con Perri və Suzanna Morrison, həmçinin ögey bacısı Keytlin Morrison və keçmiş sevgilisi Reyçel Dann göstərilib.

Xatırladaq ki, “Dostlar” serialındakı rolu ilə məşhurlaşan Metyu Perri 28 oktyabr 2023-cü ildə Kaliforniyanın Pasifik Palisades şəhərindəki evində ölü tapılıb.O, ketaminin kəskin təsiri nəticəsində dünyasını dəyişib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026