• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Tolik COŞDU: “Onun-bunun ərini oğurlayanlar ailə dəyərlərindən danışır”

MƏDƏNİYYƏT

12 Mart 2024 | 10:03

Tolik COŞDU: “Onun-bunun ərini oğurlayanlar ailə dəyərlərindən danışır”

 “Hər şey müğənnilərin üzərində qurulub deyə, televiziyalar ciddiyyətini itirir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Tarix Əliyev (Tolik) “Tarixin bir günü” verilişində deyib.

Onun sözlərinə görə, bu gün yemək bişirilən verilişlərə də müğənni çağırırlar:

“Ay balam, otur yeməyini bişir. Kartofundan, soğanından danış. Sosial verilişlərə də müğənni çağırırlar. Ailəsi olmayıb, ailə qədri bilməyən, onun-bunun ərini oğurlayanlar oturub ailə dəyərlərindən danışırlar”.

O, konsepsiyasından asılı olmayaraq bütün verilişlərə müğənnilərin ekspert kimi dəvət olunmasının əleyhinə olduğunu bildirib:

“Efirə baxıram, adamı ekspert kimi çağırıblar, mən onu yaxşı tanıyıram, bu qadın evlər yıxıb ee, özündən yaşca kiçik qıza deyir ki, “sən tərbiyəsizsən, özündən yaşda böyük kişi ilə görüşmüsən”. Ay balam, sən özündən 20 yaş kiçik kişi ilə görüşmüsən”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026