• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Lavrov "Telegram"ı təhlükəsiz messencer adlandırıb

DÜNYA

27 Avqust 2024 | 15:14 | Müəllif: Gülşən Şərif

Lavrov "Telegram"ı təhlükəsiz messencer adlandırıb

"Telegram platforması istifadəçi dostudur və həqiqətən təhlükəsizdir". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

O, bildirib ki, sözügedən sosial şəbəkədə təhlükəsizlik təmin olduğuna görə hazırda Durov dəhşətli cəza ilə hədələnib.

Qeyd edək ki, "Telegram" messencerinin yaradıcısı, milyarder Pavel Durov avqustun 24-də Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026