• Bakı 21° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Lənkəranda avtomobil yeniyetməni vurub

HADİSƏ

10 Yanvar 2024 | 21:01 | Müəllif: Subhan Mahmudov

Lənkəranda avtomobil yeniyetməni vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili piyada, rayonunun Aşağı Nüvədi kənd sakini 2007-ci il təvəllüdlü Şahrza Ağayar oğlu Əliyevi vurub.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. İlkin tibbi yardımdan sonra Ş.Əliyev travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü saxlanılıb./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026