• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Lənkəranski” və “Quli”nin adamları nəyi bölə bilmirlər?  – Dövlət “dur” deməlidir

CƏMİYYƏT

16 Yanvar 2024 | 12:33

“Lənkəranski” və “Quli”nin adamları nəyi bölə bilmirlər? – Dövlət “dur” deməlidir

Xəbər veridiyimiz kimi, ötən həftə Rusiyada azərbaycanlı kriminal avtoritet güllələnib. Hadisə Tümen şəhərində qeydə alınıb. Mərhum qanuni oğru “Rövşən Lənkəranski”nin adamı hesab edilən, hazırda isə “Rufo Gənciniski”nin ətrafında olan “Cavid Astaralı” avtomobilində silahlı hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, yayılan görüntülərdə məlum olur ki, bir neçə şəxs ayrı-ayrı nöqtələrdən “Cavid Astaralı”nın hərəkətdə olan avtomobilinə silahla hücum edir. Avtoritet avtomobili saxlamayaraq yolda olan digər maşınlara vurub. Hadisə nəticəsində “Cavid Astaralı” bir neçə güllə yarası alıb. Həmin şəxslər hazırda həbsdə olan kriminal aləmdə “Nihat Quli”, “Nihat Qəbələli” kimi tanınan Nihat Mayısbəylinin adamları olub. Nihat Mayısbəyli mərhum qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamıdır. Hər iki tərəfdə konflikt uzun müddətdir davam edir. 

Təəccüb və təəssüf doğuran məqam odur ki, məlum hadisə ətrafında vəziyyət getdikcə şiddətlənir. Hətta məsələ ilə bağlı qanuni oğrularn müzakirəsi artıq sosial şəbəkələrin Azərbaycan seqmentinə də nüfuz edib. Artıq onlar “sxodka”larını sosial platformalarda həyata keçirirlər ki, bu da ölkə ictimaiyyətində narahatlıq doğurur. Bəzi ekspertlər məlum kriminal qruplaşmaların Azərbaycandakı üzvləri arasında da analoji atışmaların baş tutacağını istisna etmirlər.

Biz də Bakıvaxtı.az olaraq, Azərbaycandakı kriminal aləmin durumu və bu sayaq hadisələrə dövlətin “immuniteti”nin olub-olmamasını öyrənmək məqsədilə kriminal məsələlər üzrə ekspert Məmməd Zeynalovun fikirlərini öyrəndik.

O saytımıza açıqlamasında qeyd etdi ki, cinayət aləminin liderləri, “kriminal avtoritet”lər siyasətə qarışmırlar. Bu konkret cavabdır.  

"Digər tərəfdən, cinayət aləmində baş verənlərin hamısı mövqe və pul davasıdır. Ortada başqa söhbət yoxdur. Mənim bildiyim budur. Bu fikirləri təcrübəmdən çıxış edərək, irəli sürürəm. Sanki pul oğurlamaq yarışı keçirilir. Kimsə, kimisə qabaqlayanda belə tədbirlərlə onun qarşısı alınır. Bəziləri bunu dərrakə ilə edir, bəzisi ilə zorkalıqla. Başqa söhbət yoxdur”.

Bu sayaq hadisələrin Azərbaycana ayaq aça bilmə ehtimalına gəlincə, ekspert bunun mümkünsüz olduğunu söyləyib:

“30 il müddətində Azərbaycan həbsxanalarında kriminal vəziyyət yox dərəcəsinə enib. Bizim türmələrdə “obşak” söhbəti yoxdur. “Obşak”lar kriminal aləmin rüşeymidir, əgər rüşeym varsa, ondan sonra liderlər də inkişaf edirlər. “Obşak” yoxdursa, heç bir təhlükə yoxdur”.

Ekspert onu da diqqətə çatdırıb ki, Rusiyada bir-birinə silah çəkən kriminal qruplaşmalara dövlət “dur” deməlidir:

“Hökumətlər ölkələrində “kriminal avtoritet”lərin olmamasında maraqlı olurlar. Cinayət aləminə sadə, primitiv məsələ kimi yanaşmaq olmaz. Onlar bəzən hakimiyyətə də təzyiq göstərirlər. Dövlət onların qalmasında maraqlı ola bilməz, olmamalıdır”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR