• Bakı 18° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı

İDMAN

17 Sentyabr 2025 | 01:33

Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı

Azərbaycan UEFA-nın əmsallar cədvəlində daha bir pillə irəliləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 1-ci turunda Lissabonda “Benfika” üzərindəki əzmkar qələbəsi (3:2) sayəsində mümkün olub. 

Bu qələbə Azərbaycanın reytinqinə daha 0,500 əmsal əlavə edib. Nəticədə ölkəmiizin əmsal ehtiyatı 21,500-ə çatıb. Azərbaycan Slovakiyanı keçərək 26-cı yerdən 25-ci pilləyə yüksəlib.

Qeyd edək ki, hazırda reytinqdə 24-cü pillədə qərarlaşan Serbiyanın isə 22,125 əmsalı var.


SON XƏBƏRLƏR

16 Sentyabr 2025