Litva Ukraynaya ümumi dəyəri 5 milyon avro olan 4 500 pilotsuz uçuş aparatı (PUA) verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Dovile Şakalene sosial şəbəkələrdə məlumat verib.
"Fəxrlə bildirirəm ki, Litva bu həftə Ukraynaya 5 milyon avro dəyərində 4 500 PUA göndərəcək", - o qeyd edib. Nazir Litvanın Ukraynanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.