• Bakı 13° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Litva və Belarus bir-birini ittiham edib

DÜNYA

02 Dekabr 2025 | 10:07

Litva və Belarus bir-birini ittiham edib

Litva və Belarus bir-birini hava məkanını pozmaqda günahlandırıb. Litva Vilnüs hava limanı yaxınlığında daha bir isti hava şarları müşahidə edildiyini bildirib. Belarus isə qonşusunu kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı (PUA) buraxmaqda ittiham edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Belarus Xarici İşlər Nazirliyi Litvanın müvəqqəti işlər vəkilini çağıraraq bildirib ki, ötən gün şimal-qərbdəki Qrodno şəhərində kiçik kameralı PUA qəzaya uğrayıb. Belarus hakimiyyəti iddia edir ki, pilotsuz uçuş aparatı "ekstremist çap materialları" atıb və Litvanın Litva, Polşa və Belarusla sərhəd keçid məntəqəsi yaxınlığında yerləşən Kapçamiestis kəndindən buraxılıb.

Litva rəsmiləri Belarus hava məkanına kəşfiyyat xarakterli PUA göndərdikləri ilə bağlı iddiaları rədd edib.

Litva tərəfi isə bazar ertəsi Avropa Komissiyasına məlumat verib ki, yaxınlıqda isti hava balonlarının olması səbəbindən Vilnüs hava limanı şənbə günü yenidən müvəqqəti bağlanıb. Litva hakimiyyəti iddia edib ki, bu meteoroloji balonlardan qaçaqmalçılar Litvaya siqaret çatdırmaq üçün istifadə edirlər və Belarus hakimiyyəti buna qəsdən göz yumur.

Əli Hüseynov
 


SON XƏBƏRLƏR

01 Dekabr 2025