• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Lukaşenko Avropanı hədələdi

DÜNYA

11 Noyabr 2021 | 16:02

Lukaşenko Avropanı hədələdi

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəyə qarşı sanksiyalar tətbiq ediləcəyi halda Avropa İttifaqına qarşı tədbirlər görəcək.

Bakıvaxtı.az “Belta” agentliyinə istinadən xəbər verir ki, Lukaşenko Avropa İttifaqını ölkəyə qarşı sanksiyaları genişləndirəcəyi təqdirdə “Yamal-Avropa” transmilli qaz kəməri ilə tədarük edilən qazın Avropaya tranzitini bloklayacağı ilə hədələyib.

“Biz Avropanı isidirik, onlar isə bizi hədələyirlər ki, sərhədi bağlayacaqlar. Bəs biz ora təbii qaz tədarükünün qarşısını alsaq, necə? Ona görə də mən Polşa rəhbərliyinə, litvalılara və digər başsız insanlara danışmazdan əvvəl düşünməyi tövsiyə edirəm”, - deyə Lukaşenko ölkə rəhbərliyi ilə görüşündə bildirib.

Qeyd edək ki, Avropa İttifaqı hazırda Belarusa qarşı beşinci sanksiyalar paketini qəbul etmək məsələsini müzakirə edir. Aİ və NATO Aleksandr Lukaşenkonu miqrantlardan Qərbə təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026