• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mahir Emrelinin döyüldüyü hadisə ilə bağlı araşdırmanın nəticəsi açıqlanıb

İDMAN

21 Fevral 2022 | 23:03 | Müəllif: Subhan Mahmudov

Mahir Emrelinin döyüldüyü hadisə ilə bağlı araşdırmanın nəticəsi açıqlanıb

Polşa polisi “Legiya” klubunun futbolçularının azarkeşlərin hücumuna məruz qalması ilə bağlı insidentin araşdırmasını başa çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, hüquq mühafizə orqanları hadisə nəticəsində heç kimin xəsarət almadığını açıqlayıb.

Şahidlərin dindirildiyi və heç kimin şikayətçi olmadığı bildirilib. Bu səbəbdən iş bağlanıb.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də “Legiya” Plotsk “Visla”sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna, Lukinyas isə ABŞ-ın “Nyu-York Red Bulls” klubuna keçib.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026