• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mahir Emrelinin komandası "Spartak"a qalib gəldi

İDMAN

15 Sentyabr 2021 | 21:27 | Müəllif: Subhan Mahmudov

Mahir Emrelinin komandası "Spartak"a qalib gəldi

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Rusiyada "Spartak" (Moskva) klubu ilə üz-üzə gəlib. "Spartak" stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Lirim Kastrati vurub.

Oyuna start heyətində başlayan Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. 24 yaşlı hücumçu 77-ci dəqiqədə fərqlənmək üçün yaxşı fürsət yaxalasa da, başla vurduğu top dirəyə dəyərək qapı xəttini tərk edib.

Qeyd edək ki, C qrupunun digər oyununda İngiltərə "Lester"i İtaliya "Napoli"sini qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026