• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Makron səhvini etiraf etdi: Le Pen prezident ola bilər!

DÜNYA

24 Aprel 2023 | 00:30 | Müəllif: Subhan Mahmudov

Makron səhvini etiraf etdi: Le Pen prezident ola bilər!

Hazırkı hakimiyyəti buraxılmış səhvləri düzəltməsə, ifrat sağçı lider Marin Le Pen Fransanın növbəti prezidenti ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransanın hazırkı Prezidenti Emmanuel Makron deyib.

Makron ölkədə kütləvi etirazlara səbəb olan pensiya islahatını qəbul edərkən cəmiyyətlə ünsiyyətdə səhvlərin olduğunu etiraf edib:

"Səhv, dəlilləri təqdim etmək və bu islahatı təşviq etmək üçün kifayət qədər aktiv iştirak etməməyim ola bilər. Qeyri-populyar islahat ölkənin pensiya sistemini dağılmaqdan xilas etmək üçün nəzərdə tutulub".

Eyni zamanda o, müxalifəti heç bir alternativ təklif etməməkdə günahlandırıb. Müxalifətin populist tənqidlərini şərh edən Makron 2027-ci ildə keçiriləcək növbəti seçkidə Marin Le Penin hakimiyyətə gəlməsi təhlükəsi barədə xəbərdarlıq edib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026