• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Borrel: “Bir neçə ölkə ukraynalı pilotlara “F-16”da təlim keçməyə başlayıb”

DÜNYA

23 May 2023 | 21:56 | Müəllif: Subhan Mahmudov

Borrel: “Bir neçə ölkə ukraynalı pilotlara “F-16”da təlim keçməyə başlayıb”

Bir neçə ölkə ukraynalı pilotlara “F-16” döyüş təyyarələrində təlim keçməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib.

“F-16” pilotlarının, nəhayət, bir neçə ölkədə təlimlərə başlamasına şadam. Bu, vaxt aparacaq”, - deyə o bildirib.

Borrel təlimlərin hansı ölkələrdə keçirildiyi sualına aşağıdakı kimi cavab verib:

“Bir çoxlarında, məsələn, Polşada. Onlar artıq başlayıb”.

Aİ diplomatiyasının rəhbəri, həmçinin əlavə edib ki, “F-16” qırıcıları Ukraynanın müdafiəsini davam etdirməsi üçün mütləq lazımdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026