• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Malatyalı qardaşlar pişikləri ilə birlikdə xilas edildi

DÜNYA

09 Fevral 2023 | 23:34 | Müəllif: Subhan Mahmudov

Malatyalı qardaşlar pişikləri ilə birlikdə xilas edildi

Zəlzələdən zərər çəkən Malatyada dağılmış binanın dağıntıları altında qalan Furkan və Doğukan qardaşları 82 saatdan sonra pişikləri ilə birlikdə xilas edilib.

Bakıvaxtı.az xəbər verir ki, komandalar ilk olaraq dağıntılar altından yaralı 5 yaşlı Furkan Özbayı tibb işçilərinə təhvil veriblər.

Daha sonra qruplar Furkanın böyük qardaşı 11 yaşlı Doğukan və pişiyi Asiti xilas edib.

İki qardaş təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Dağıntılar altından çıxarılan pişik ərazidən qaçıb.

Qeyd edək ki, 120 kiloqram olan Doğukanın autizm xəstəsi olduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR