Malayziyada daşqın qurbanlarının ümumi sayı 6 nəfərə çatıb.
Bakıvaxtı.az "Son Dakika"ya istinadən xəbər verir ki, bu barədə ölkənin sosial təminat departamenti məlumat yayıb.
Məlumata görə, ydaşqınlar nəticəsində 134 524 nəfər evindən didərgin düşüb. Onlar 613 yardım mərkəzində yerləşdirilib.
Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Nazirliyi daşqınlardan zərərçəkmiş fermerlərin yükünü yüngülləşdirmək, o cümlədən maliyyə yardımı üçün dəstək göstərmək üçün müvafiq qərarlar qəbul edib.
Qeyd olunub ki, ölkənin şərq sahillərində yerləşən Kelantan və Terenqqanu ştatları ən çox zərər çəkib.
Gülşən Şərif