• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Mançester Siti" "Arsenal"ı darmadağın etdi

İDMAN

28 Avqust 2021 | 22:44 | Müəllif: Subhan Mahmudov

"Mançester Siti" "Arsenal"ı darmadağın etdi

Avqustun 28-də futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, açılış oyununda “Mançester Siti” "Arsenal"la qarşılaşıb. "Etihad" stadionunda keçirilən görüşdə meydan sahibləri "topçular"ı darmadağın edib - 5:0.

"Şəhərlilər"in heyətində qolları 7-ci dəqiqədə İlkay Gündoğan, 12-ci və 84-cü dəqiqələrdə Ferran Torres, 43-cü dəqiqədə Qabriel Jesus və 53-cü dəqiqədə Rodri vurub.

Qonaqlar 35-ci dəqiqədən sonra azlıqda oynayıb. London təmsilçisində Qranit Caka qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 6-ya çatdıran "Mançester Siti" liderliyə yüksəlib. Xalı olmayan "Arsenal" isə sonuncudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026