• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qadın millimiz ermənilərə qarşı

İDMAN

27 Sentyabr 2021 | 15:19 | Müəllif: Subhan Mahmudov

Qadın millimiz ermənilərə qarşı

Bu gün qadınlardan ibarət şahmat milli komandamız İspaniyanın Barselona şəhərinin cənub-qərbində yerləşən Sices qəsəbəsində keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, Gülnar Məmmədova (2406), Ülviyyə Fətəliyeva (2310), Günay Məmmədzadə (2280), Türkan Məmmədyarova (2243) və Zeynəb Məmmədyarovadan (2198) ibarət komandamız A qrupunda yarışacaq.

Komandamız bu gün ilk iki turda əvvəlcə Hindistan, daha sonra Ermənistanla qarşılaşacaq. Hindistanla görüş Bakı vaxtı ilə saat 17:00-da, Ermənistanla qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, A qrupunda Rusiya Federasiyasının Şahmat Komandası, Fransa və İspaniya komandaları da mübarizə aparır. B qrupunda isə FIDE Amerikas (Peru, Argentina, Kanada, Paraqvay və Kubadan ibarət şahmatçılar – S.M.), Ukrayna, Qazaxıstan, Almaniya, Gürcüstan və Polşa milliləri yarışacaq.

Qrupda ilk 4 sıranı tutan komandalar 1/4 finala vəsiqə qazanacaq. Dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR