PSJ-nin futbolçusu Lionel Messi komanda ilə ümumi məşqlərə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onun Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Mançester Siti" ilə matçda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, PSJ - "Mançester Siti" görüşü sabah keçiriləcək.
Xatırladaq ki, Messi zədə səbəbindən bir neçə oyunu buraxmışdı.
















