• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

"Mançester Siti"də ciddi itki

İDMAN

13 Fevral 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

"Mançester Siti"də ciddi itki

"Mançester Siti"nin mərkəz müdafiəçisi Manuel Akanci zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsinin "Real"la ilk oyununda (2:3) sıradan çıxıb. 

Britaniya mətbuatında yayılan məlumatlara görə, 29 yaşlı futbolçunun zədəsi ciddidir. Bildirilir ki, o, cari mövsüm bir daha meydana çıxa bilməyəcək.

Futbolçunun klubla hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Bu mövsüm Manuel Akanci "Mançester Siti"nin heyətində 30 oyun keçirib və bir məhsuldar ötürmə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026