• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mandarinin içində narkotik keçirmək istəyən qadın YAXALANDI

CƏMİYYƏT

01 Fevral 2024 | 12:44

Mandarinin içində narkotik keçirmək istəyən qadın YAXALANDI

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib.

Həbs edilmiş şəxs Fərid Arzuman oğlu Məmmədova anası Süsən Fəxrəddin qızı Abbasova tərəfindən gətirilmiş sovqatdakı iki ədəd mandarinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,461 qram marixuana və 1,268 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026