• Bakı 23° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Masazırda motosiklet sürücülərinə qarşı REYD - 45 nəfər saxlanıldı

CƏMİYYƏT

21 Iyun 2026 | 16:27

Masazırda motosiklet sürücülərinə qarşı REYD - 45 nəfər saxlanıldı

İyunun 19-da saat 18 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 19 yaşlı Fuad Babaşovun idarə etdiyi motosikletlə yolun hərəkət hissəsinə qaçan azyaşlı vurulub. Nəticədə uşaq aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Belə ki, polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi istiqamətində mütəmadi profilaktik və nəzarət tədbirləri həyata keçirilir. Keçirilən tədbirlər zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılır, yol hərəkəti qaydalarını pozan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.

Qeyd olunan ərazidə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində müxtəlif qayda pozuntularına yol verən 45 motosiklet sürücüsü saxlanılıb. Hazırda reydlər davam etdirilir.

“Bir daha valideynləri azyaşlılara nəzarəti gücləndirməyə, bütün hərəkət iştirakçılarını isə yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq”, - deyə əlavə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026