Fövqəladə Hallar Nazirliyi (FHN) Sabirabadda minik avtomobilnin kanala düşməsi ilə bağlı məlumat yayıb.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Sabirabad rayonunun Nərimankənd kəndində "ГАЗ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
01:38
Sabirabadda avtomobilin kanala düşməsi ölümlə nəticələnib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
“QAZ-31” markalı avtomobilin kanala aşması nəticəsində avtomobildə olan 2 nəfər ölüb. Avtomobilin sudan çıxarılaması istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.















