Korona virusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirib. Belə ki, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.
Mövzu ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Bakıvaxtı.az-a danışıb:
Bütün hallarda, respublikamızın bütün rayonlarında polis tərəfindən ictimai nəqliyyatda nəzarət profilaktik tədbirləri gücləndirilmiş qaydada davam etdirilir. Hərəkət iştirakçıları, sərnişinlər, eləcə də sürücülərlə müvafiq profilaktik söhbətlər aparılmaqla qaydalara əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Qanunvericiliyinin müvafiq maddəsinə uyğun olaraq barələrində inzibati tənbeh tədbirləri tədbiq olunur. Tək polis, digər dövlət qurumlarının nümayəndələri yox, hər bir hərəkət iştirakçısı infeksiya şəraitində, xüsusilə qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan istifadəyə ciddi əməl etməlidir. Nəzərə alsaq ki, ictimai nəqliyyatda aktiv korona virus xəstələrinin hərəkət etmək ehtimalı var, vətəndaşlar bu məsələdə diqqətli olmalıdır ki, hansısa formada aktiv korona virus xəstəsi həmin avtobusda olarsa, virusa yoluxmasınlar. Polis bu işi bütün istiqamətlərdə davam etdirir.
AytacAslan
















