• Bakı 12° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mayor qəzaya düşərək öldü

HADİSƏ

02 Mart 2022 | 22:46 | Müəllif: Subhan Mahmudov

Mayor qəzaya düşərək öldü

Yevlaxda polis əməkdaşı xidmətdən kənar vaxtı qəzaya düşərək vəfat edib. 

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21:30 radələrində baş verib. 

Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq Cəfərov xidmətdən kənar vaxtı özünə məxsus "Chevrolet Cruze" markalı avtomobillə hərəkətdə olarkən "KamAZ" markalı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində ağır xəsarətlər alan F. Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

DİN Mətbuat xidmətindən "qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026