• Bakı C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Məcəllə təsdiq olundu: Kimlər pulsuz ev alacaqlar?

CƏMİYYƏT

11 Mart 2025 | 09:36

Məcəllə təsdiq olundu: Kimlər pulsuz ev alacaqlar?

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Mənzil Məcəlləsi”nə olunan dəyişiklikləri təsdiq edib.

Bakıvaxtı.az xəbər verir ki, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlarımız pulsuz evə sahib olurlar.

Deputatın sözlərinə görə, mövcud qanunvericiliyə görə şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzasında əlilliyi olan şəxslər və valdeyinlərini itirmiş vətəndaşlarımıza sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır.

"Yeni dəyişikliklərə, yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq.

Yeni qaydalara əsasən sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiq edilib. Bu sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Qanuna əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər",- deyə millət vəkili nəzərə çatdırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Mart 2025