• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir

LAYİHƏ

05 Avqust 2023 | 16:03

Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir

6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”

2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib. Bununla bağlı dövlət səviyyəsində tədbirlər planı hazırlanıb.

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev irsini öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək məqsədilə hökumət və qeyri-hökumət təşkilatları tərəfindən tədbirlər keçirilir.

Qeyd edək ki, Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində  yeni siyasi  eranın başlanğıcı olub. Belə ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli mümkün oldu, onun dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin və dövlətimizin itirilməsi təhlükəsindən qurtarıb.

Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı xarici siyasətini də formalaşdırmağa başladı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji resurslarını  dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.

Milli Məclisin deputatı Cavid Osmanov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən sonra ölkəmiz bütün sahələrdə inkişaf və tərəqqi yolunu tutmağa başladı.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən 2023-cü il Heydər Əliyev ili adlandırıldı və 2023-cü ildə dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın banisi, ümummilli liderimizin 100 illiyi tədbirləri keçirilir. 
Əlbəttə ki, biz Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə Azərbaycanda mövcud vəziyyət xaosun, anarxiyanın, özbaşınalığın, vətəndaş qarşıdurmasının, iqtisadiyyatın talan olmasının, o cümlədən də müstəqilliyimizin itirilməsi ilə üz-üzə qaldığımız təhlükə, torpağımızın Ermənistan silahlı qüvvələri tərəfindən, onların havadarları ilə birgə işğala məruz qalmasını görürdük. Məhz başlı başına qalmış xalqın yeganə çıxış yolu ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsində idi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ölkəmizin ən mürəkkəb dövründə, müstəqilliyimizin itirilməsi ilə üz-üzə qaldığı bir dövrdə, ölkəmizin parçalanması ilə üz-üzə qaldığı bir dövrdə ümummilli lider Heydər Əliyev Azərbaycana gəldi və Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən sonra ölkəmiz bütün sahələrdə inkişaf və tərəqqi yolunu tutmaga başladı”, - deyə C.Osmanov bildirib. 

Deputat qeyd edib ki, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, bütün sahələrdə Heydər Əliyevin böyük bacarığı və biliyi nəticəsində inkişaf başladı. İlk növbədə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu: “Baxmayaraq ki, həmin dövrdə ümummilli liderimizə qarşı, o cümlədən dövlətimizə qarşı təhdidlər var idi, dövlət çevrilişicəhdləri həyata keçirilirdi. Bütün bunlara baxmayaraq dahi şəxsiyyət hər birinə sinə gəlməsini bacardı və ölkəmizi vətəndaş müharibəsindən, müstəqilliyimizin və dövlətimizin itirilməsi təhlükəsindən, parçalanması təhlükəsindən qurtardı. 

15 iyun 1993-cü il ölkəmizdə milli qurtuluş günü kimi qeyd olunur. Məhz həmin gündən ümumilli liderimiz Bakıya gəldikdən sonra Ali Sovetə rəhbərliyə başladı və bir daha qeyd edirəm ki, parçalanma təhlükəsində olan ölkənin yeni idarəçilik sistemi formalasdirmaqla, milli idarəçilik sistemi formalaşdırmaqla ölkəmizi bu bəlalardan qurtardı və eyni zamanda xalqımızı azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacardı. O zaman Azərbaycan çox ağır günlərini yaşayırdı, eyni zamanda təkcə daxildə deyil, beynəlxalq münasibətlər sistemində də Azərbaycan sanki bir blokada şəraitinə alınmışdı və Azərbaycanın bir çox ölkələrlə, bütün ölkələrlə, region ölkələri ilə münasibətləri tamamilə korlanması. Məhz Heydər Əliyevin müstəqil siyasət yürüdərək həm daxildə, o cümlədən beynəlxalq münasibətlər sistemində Azərbaycanı tanıtmağa başladı. Əslində Azərbaycanın tanınması o zaman müstəqil Azərbaycanın tanınması məhz ümummilli liderimizin adı ilə bağlıdır”. 

C.Osmanov deyib ki, bugünki müstəqil Azərbaycan ümumilli lider Heydər Əliyevin şah əsəridir: “Ən vacib məqamlardan biri o zaman atəşkəsin elan olunması idi və beləliklə atəşkəs elan olunduqdan bir neçə ay sonra artıq o mürəkkəb dövrdə ümummilli liderimiz Heydər Əliyev böyük, nəhəng ölkələri, şirkətləri inandıraraq Azərbaycanla neft-qaz kontraktlarının imzalanmasına gətirib çıxardı. Beləliklə 1994-cü ildə əsrin müqaviləsi imzalandı. Azərbaycanın enerji resursları dünya bazarlarına çıxmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və kəmərlərinin tikintisinə başlandı. Bu əlbəttə ki, ölkəmizin, müstəqil Azərbaycanın iqtisadiyyatının təməlinin qoyulması idi. Çünki həmin vaxt ölkəmizin iqtisadiyyatı da tamamilə iflis vəziyyətə düşmüşdü və tamamilə darmadağın edilmişdi. Bu günün prizmasından baxanda görürük ki, ümumilli liderimizin uzaqgörən siyasətinin nəticəsidir ki, əsrin müqaviləsi imzalanır və Azərbaycan bundan sonra beynəlxalq münasibətlər sistemində həm öz layiqli yerini tutmağa başlayır, Azərbaycan xarici ölkələrlə əməkdaşlıq etməyə başlayır, eyni zamanda həm də Azərbaycanın iqtisadiyyatının təməli əsrin müqaviləsi ilə qoyulmuş olur. Ötən dövr ərzində ümumilli liderimiz 1993-cü ildən başladığı dövrdən bütün sahələrin inkişafının təməlini qoydu. 

2003-cü ildə cənab İlham Əliyev ilk dəfə prezident seçildikdən sonra andiçmə mərasimində də qeyd etdi ki, Heydər Əliyev siyasətini davam etdirəcək, inkişaf etdirəcəkdir. Zaman da təsdiq edir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur və Heydər Əliyev siyasəti güclü və qüdrətli Azərbaycan deməkdir”. 

Deputat bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bu günə kimi Azərbaycan müstəqil iqtisadiyyatını qurmağı bacardı, güclü ordumuz formalaşdı, Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirdi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdüyünü bütün dünyaya nümayiş etdirdi və 2020-ci ildə 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələri Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu, torpaqlarımız işğaldan azad edildi: “Vətən müharibəsi bitəndən bu günə kimi işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işləri aparılır, böyük qayıdışa dair dövlət proqramı qəbul olunub ki, 30 illik öz doğma yurdlarının həsrəti ilə yaşayan soydaşlarımız öz ata-baba yurdlarına qayıtsınlar. Prezident cənab İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə eyni zamanda ümumilli lider Heydər Əliyevin ata vəsiyyətinin yerinə yetirilməsini də həyata keçirdi və ərazi bütövlüyümüz bərpa olundu. Bu gün artıq  Azərbaycan dünyada ən hörmətlə yanaşılan, ən nüfuzlu ölkələrdən biridir, Azərbaycanla artıq hesablaşırlar, razılaşırlar. Azərbaycan dünyaya yeniliklər gətirən ölkəyə çevrilib. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı günbəgün artır. Çünki Azərbaycan etibarlı tərəfdaş, sözü imzası ilə bir olan ölkəyə çevrilmişdir. Bunun da təməlində ümumilli liderimiz Heydər Əliyevin siyasəti, prezident cənab İlham Əliyev tərəfindən bu siyasəti müasir dövrün, müasir zamanın tələblərinə uyğun olaraq inkişaf etdirilməsi, davam etdirilməsi dayanır”.

Milli Məclisin deputatı Naqif Həmzəyev Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan 2-ci dəfə müstəqillik qazandığı dövrdə əslində çox ağır və çətin tarixi dönəmlər yaşayırdı. 

“Heç bir səriştəsi, dövlət idarəçilik sistemində təcrübəsi olmayanlar şəxslər Azərbaycan hakimiyyətinə gəlmişdilər, məhz onların bacarıqsızlığı və xarici qüvvələrin də bu imkanları dəyərləndirməsi hesabına Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının bir hissəsini işğal etdilər. Faktiki olaraq SSRİ dağıldıqdan sonra ən çox ziyana düsmüş, xaosla qarşılaşmış, ərazisini itirmiş az sayda dövlətlərdən biri olaraq Azərbaycan tarixə keçdi. Demək olar ki, 90-cı illərin əvvəlində Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Həmin dövrdə xalqın təkidi ilə ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi. O, ilk növbədə Gəncə şəhərində qardaş qırğınının qarşısını aldı, Azərbaycan parlamentindəki çaxnaşmanı dayandırdı, Azərbaycanda keçirilən növbəti prezident seçkilərində qalib oldu, Azərbaycanda iki dəfə çevrilişin qarşısını aldı, Azərbaycanın parçalanması və bölünməsi prosesini dayandırdı, ilk dəfə demokratik ölkə olaraq konstitusiya qəbul edildi, Azərbaycan parlamentinə seçkilər keçirildi. Bir sözlə müasir Azərbaycanı ulu öndər yenidən qurdu və əsasını özü formalaşdırdı”, - deyə N.Həmzəyev bildirib. 

Deputat qeyd edib ki, məhz 90-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət büdcəsində vəsait qalmamışdı: “Dövlət büdcəsində vəsait olmadıqdan sonra ölkənin inkişaf etdirmək faktiki olaraq mümkün deyildi. Belə çətin, çıxılmaz vəziyyətdə Azərbaycan öz təbii resurslarını xarici bazarlara çıxarmalı idi. Bunun üçün isə təbii ki resurslara, tərəfdaşlara, partnyorlara ehtiyac var idi. Ulu öndər heç kimin inanmadığı halda 1994-cü il 20 sentyabr tarixində müqaviləsinin imzalanmasına nail ola bildi. Bu yalnız iqtisadi, ticari anlaşma deyildi, həmçinin Azərbaycanın gələcəyini zəmanət altına almaq üçün eyni zamanda güclərin balanslaşdırılması və Azərbaycanın xarici qüvvələrlə balanslı münasibətlər qurmasının da əsasını qoymuş oldu. Məhz əsrin müqaviləsi imzalanmasaydı Azərbaycan öz təbii resurslarını xaricə çıxara bilməzdi. Bundan sonra Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyətə başladı”. 

Deputat qeyd edib ki, keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi: “Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək  ərazi bütövlüyümüzü bərpa etdi”.

Ramid İbrahimov

Yazı Media İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024