• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

MEDİA Agentliyi bu sayta xəbərdarlıq etdi

MEDİA

05 Mart 2024 | 19:20 | Müəllif: Subhan Mahmudov

MEDİA Agentliyi bu sayta xəbərdarlıq etdi

"Moderator.az" saytı tərəfindən martın 4-də dərc edilmiş "Məktəbdə bədbəxt hadisə: 8-ci sinif şagirdinin barmağı qopdu" sərlövhəli materialda "Media haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası qanunlarının kobud şəkildə pozulması faktı qeydə alınıb.

MEDİA-dan Bakıvaxtı.az-a bildirilib ki, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən zorakılığı və qəddarlığı nümayiş edən informasiya dövriyyəsi məhdudlaşdırılan informasiyaya aiddir.

"Media haqqında" Qanuna görə isə mediada informasiya dərc edilərkən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmalıdır.

Qeyd olunan pozuntunun aradan qaldırılması və belə hallara yol verilməsinin qarşısının alınması məqsədilə "Moderator.az" Məhdud Məsuliyyətli Cəmiyyəti media subyektinə məxsus "moderator.az" onlayn media redaksiyasına xəbərdarlıq edilib, qanunvericiliyin tələblərinin bu və ya digər formada pozulması hallarında digər hüquqi tədbirlərin görüləcəyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026