• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Media oxucu sayını artırmaq üçün nə etməlidir? - AÇIQLAMA

CƏMİYYƏT

24 Yanvar 2023 | 10:28

Media oxucu sayını artırmaq üçün nə etməlidir? - AÇIQLAMA

“Sosial şəbəkələrdə yazılan statuslar xəbər deyil, şərhdir. Şərhi xəbər kimi təqdim etmək media subyektinin imicinə zərərdir və media subyekti oxucusunu itirir”.

Bakıvaxtı.az xəbər verir ki, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal jurnalistika” mövzusunda keçirilən təlimdə Böyük britaniyalı jurnalist, təlimçi Kolin Gibson bildirib.

O, onlayn media subyektlərinin nümayəndələrinə oxucunun inamını qazamaq üçün beynəlxalq təcrübəni danışıb: “Bəli, sosial şəbəkələrdə yazılan məlumatı saytda birinci vermək avantajdır. Çünki “google” həmin məlumatı ilk bu saytda göstərəcək. Amma dəqiqləşdirilməmiş məlumat sonra saytdan silindikdə oxucuda həmin onlayn media subyektinə inamı azaldır. 

Sosial şəbəkələr media qurumlarının xəbərlərini yaymaq üçün bir platformadır". 

Onun sözlərinə görə, xəbər saytının dizaynı da saytın ciddiliyi barədə oxucuda inam yaradır. K.Gibson seyib ki, brendin adı, loqosu, dizaynı tez-tez dəyişməli deyil. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR

25 Aprel 2024