Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi tərəfindən son üç ay müddətində e-kataloqa 3145 məqalə daxil edilib. Torpağı Vətən edənlər, Milli Qəhrəmanlar, Türkiyə-Azərbaycan birliyi, Azərbaycan Respublikasında Anım günü, Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!, Azərbaycanın tarixini, mədəniyyətini, siyasətini və s. mövzuları əks etdirən müxtəlif dillərdə elmi məqalələr kitab, qəzet, jurnal, ND materiallarından seçilərək biblioqrafik təsviri ənənəvi və elektron kataloqa daxil edilir.
Bakıvaxtı.az xəbər verir ki, şöbə geniş oxucu kütləsinin Azərbaycana aid informasiya resursları ilə təmin edilməsi üçün ənənəvi və elektron kataloqu bu mövzuda materiallarla zənginləşdirir.
Onu da qeyd edək ki, bu aylar ərzində 442 sənəd MRY bazasına aid edilmişdir.
















