Hər gün olduğu kimi, bu gün də bürcləri fərqli hadisələr gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, 3 noyabr 2021-ci il bürcləri aşağıdakılar gözləyir:
Qoç: Bu gün sizinlə rəqabət aparmaq mümkün deyil. Sizin praktik düşüncəniz var. Bəzilərinin çox vaxt apardığı işləri qısa zamanda tamamlamaqla hamının diqqətini çəkirsiniz. Siz çılğın fikirlərlə çıxış edirsiniz.
Buğa: Ailənizin emosional problemlərinizlə məşğul olması xoş deyil. Onların rəyini öyrənmək üçün məsləhətləşdiyiniz məsələlər sonradan sizin üçün iş aça bilər. Qarşı tərəfin hadisələri böyütməklə lüzumsuz olaraq başınızı ağrıtmasını istəmirsiniz.
Ekizlər: Sevdikləriniz üçün pul xərcləməkdən çəkinmədiyiniz üçün gözlənilməz qeyri-adi hesablar sizi narahat edə bilər. Partnyorunuzun sizə təklif edəcəyi təkliflərə baxmalısınız; hadisələri hər cür dəyərləndirərək fikrinizi bildirin.
Xərçəng: Maliyyə məsələlərində böyük gözləntiləriniz var. Bir vaxtlar sakit olan adama nəsə olub. Ən çılğın fikirlər indi sizdən gəlir. Özünüzdən şikayət etdiyiniz vaxtlar çox olur. Müəyyən məsələlərdə sizi tənqid etmələrinə imkan verməyin.
Şir: Sosial münasibətlərinizin yaratdığı güvən hissi ilə hərəkət edirsiniz. Görüşmək istədiyiniz dostları bir araya gətirə bilərsiniz. Müvafiq təhsil alan dostlarınızla maraqlı ideyalar inkişaf etdirəcəksiniz.
Qız: Emosional və şəxsi enerjinizi sosial quruluşunuzla birləşdirərək sıx emosiyalar hiss edəcəksiniz. Görməli çox işiniz var və hələ də başınızdakı kiçik hadisələrlə potensialınızı bilmədən məhdudlaşdırırsınız.
Tərəzi: Ətraf mühit faktorlarını öz xeyrinizə çevirən sistemli bir xarakterə sahibsiniz. Birlikdə işlədiyiniz insanların töhfələrini inkar edə bilməzsiniz. Zaman sizin üçün çox önəmlidir. İstəklərinizi yerinə yetirmək üçün tələsik hərəkət edirsiniz.
Əqrəb: Kiçik səhvlər həmişə mümkündür, çünki ətrafınızın çox təsiri altında olmusunuz. Siz ikitərəfli münasibətlərinizi yanlış təməllər üzərində inkişaf etdirirsiniz. Ətrafınızdakı fikir ayrılıqlarına görə mübahisələrlə üzləşə bilərsiniz.
Oxatan: Şəxsi xüsusiyyətlərinizi sosial həyatınızla necə birləşdirəcəyinizi çox yaxşı bilirsiniz. Venera sizə cəlbedici əhval-ruhiyyə bəxş edir. Bu həm də çılğın düşüncələrə qapılmağınıza səbəb olur. Digər insanın emosional cəhətləri sizin üçün maraqlı ola bilər.
Oğlaq: İçində olduğunuz mühitdən uzaqlaşmaq sizə əhəmiyyətli bir irəliləyiş verəcək və beyninizdəki bəzi qarışıqlıqlara həll tapacaqsınız. Bu gün cəsarətli xasiyyətinizi bir az da üzə çıxarmaqla yanaşı, yeniliklərdən qorxmamağı öyrənməlisiniz.
Dolça: Yaradacağınız planlar üçün şəxsi dəstəyə ehtiyacınız ola bilər. Görməyi planlaşdırdığınız işin incə detalları çox vacibdir. Mövzu ilə bağlı təcrübəsi olan köhnə və güclü dostlarınızın rəyi olmadan addım atmayın.
Balıq: Siz sıxıcı hissləri sevmirsiniz və ətrafınızda fikirlərinizi ifadə etməkdən çəkinmirsiniz. Birlikdə işlədiyiniz insanlar sizə müxalif ola bilərlər. Bəzi insanlar sizin davranışınızı bəyənmirlər.
















