• Bakı 26° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Noyabrda 9 nəfər minaların qurbanı olub

CƏMİYYƏT

02 Dekabr 2021 | 17:08 | Müəllif: Subhan Mahmudov

Noyabrda 9 nəfər minaların qurbanı olub

2021-ci ilin noyabr ayında 7 hadisə nəticəsində 9 nəfər minaya düşüb.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin noyabr ayında 7 hadisə nəticəsində 9 nəfərin mina qurbanı olmasını qeydə alınıb.

"Nəticədə bir mülki şəxs həlak olub, 8 nəfər yaralanmışdır. (bir nəfər mina təmizləyən, bir nəfər sərhədçi, 2 nəfər Daxili Qoşunların hərbi qulluqçusu və 4 nəfər mülki şəxs). 2021-ci ilin noyabr ayında 6 hadisəyə piyadalar əleyhinə, 1 hadisəyə isə tank əleyhinə minalar səbəb olmuşdur. Hesabat dövründə minalarla bağlı hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş verib.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi tərəfindən 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 97 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026