• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əmlak vergisi üzrə bəzi güzəştlər LƏĞV EDİLİR

CƏMİYYƏT

03 Noyabr 2021 | 11:13

Əmlak vergisi üzrə bəzi güzəştlər LƏĞV EDİLİR

Əmlak vergisi üzrə bəzi güzəştlər ləğv edilir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, mexaniki nəqliyyat vasitələri üzrə verilən güzəştlər (fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla) və müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləğinin 25 faiz azaldılması şəklində verilən güzəştlərin ləğv edilməsi təklif olunur. (unikal.org)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026