• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

CƏMİYYƏT

10 Avqust 2021 | 09:20

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Bu gündən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, qəbul prosesi http://www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına bu gün saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da start veriləcək.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

2021-2022-ci tədris ili üzrə məktəbəhazırlığa qəbulla bağlı daha ətraflı bu link vasitəsilə sual-cavab faylından məlumat əldə edə bilərsiniz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026