Cənubi Afrikanın şimalında məktəb avtobusunun avtomobillə toqquşması nəticəsində azı 12 ibtidai sinif şagirdi ölüb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində 7 məktəbli xəsarət alıb. Səhər saatlarında şagirdlərin olduğu avtobus Yohannesburqda məktəbə gedərkən avtomobilə çırpılıb. Avtobus aşıb və yanıb. Faktla bağlı araşdırma aparılır.