• Bakı C

    15.15 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

“Atamda infeksiya zəhərlənmə verdi” - Qızı Məmməd İsmayılın DURUMUNDAN DANIŞDI

CƏMİYYƏT

14 Aprel 2025 | 16:59

“Atamda infeksiya zəhərlənmə verdi” - Qızı Məmməd İsmayılın DURUMUNDAN DANIŞDI

“Demək olar ki, hər ay atamla bağlı xəstəxanada oluruq. Martda da xəstəxanaya getmişdi. İndi vəziyyəti nisbətən yaxşıdır, amma yanvar, fevral və mart aylarında ard-arda ağırlaşmalar oldu. Hər dəfə məcburən xəstəxanaya yerləşdirirdik”.

Bunu Bakıvaxtı.az-la söhbətində şair Məmməd İsmayılın qızı İntizar İsmayıl deyib.

Onun sözlərinə görə, hazırda evdə atası evdə müalivə alır:

“Martın 5-də isə demək olar ki, atam son nəfəsində idi. Allah heç kimə göstərməsin. Elə bir ağır gün idi ki… Ümidimi itirmişdim, amma həkimlər atamı xilas etdilər. O, danışa bilmirdi, nitqini itirmişdi”.

İntizar İsmayıl bildirib ki, atasında yataq yarası yaranıbmış və bu yara infeksiyaya səbəb olub, bədənə zəhərlənmə verib.

Atasının septik şok keçirirdiyini deyən müsahibimiz söyləyib ki, bədənin zəhərlənməsi zamanı xəstənin sağ qalma ehtimalı cəmi 5 faiz olur:

“Martın 5-dən 19-na qədər xəstəxanada qaldı. 19-da evə buraxıblar və hazırda müalicəsi evdə davam edir”.

Şairin qızı deyir ki, hər gün evə tibb bacıları gəlir, sistemlər vurulur, lazımi prosedurlar həyata keçirilir. Vəziyyəti əvvəlkindən qat-qat yaxşıdır. İndi danışır, söhbət edir, yemək yeyir, televizora və telefona baxır. Ən azından bu dünyadadır.

“O qədər Allaha dua etdim, oruc tutdum, yalvardım. Şükürlər olsun ki, atam bu gün bizimlədir”,- deyə İntizar İsmayıl qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Aprel 2025